305 “Metadon” qanunsuz dövriyyədən çıxarıldı

305 “Metadon” qanunsuz dövriyyədən çıxarıldı
  22 Noyabr 2018    Oxunub:4087
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı tədbirləri qətiyyətlə davam etdirirlər.
DİN Mətbuat Xidmətindən Azvision.az-a verilən məlumata görə, ötən gün bu istiqamətdə keçirilən tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən xeyli sayda güclü təsiredici həblər götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Z.Abdullayeva saxlanılıb. Ondan güclü təsiredici xüsusiyyətə malik 305 ədəd metadon həbləri aşkar edilərək götürülüb. ​Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Azvision.az



Teqlər: DİN   Narkotik  



Xəbər lenti