Novxanıda maşından 15 mindən çox pul oğurlanıb

  22 Noyabr 2018    Oxunub : 2859
Novxanıda maşından 15 mindən çox pul oğurlanıb
Novxanıda evdən və avtomobildən külli miqdarda pul oğurlayan şəxs tutulub.
DİN-dən Azvision.az-a
verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Xəqani Abbasovun ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Novxanı qəsəbəsində daha 2 evdən və “Jeep” markalı avtomobildən ümumilikdə 14700 manat, 500 ABŞ dolları, 1 ədəd planşet və sənəd oğurlaması da müəyyən edilib.

Azvision.az

Teqlər: DİN   Oğurluq