“Göytəpə”də külli miqdarda “Metadon” aşkarlandı - FOTOLAR

“Göytəpə”də külli miqdarda “Metadon” aşkarlandı -  FOTOLAR
  23 Noyabr 2018    Oxunub:3729
Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirlərini davam etdirir.
DSX-nin Mətbuat Mərkəzindən Azvision.az-a verilən məlumata görə, noyabrın 20-də həyata keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu Qaravuldaş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz tapılan 1 ədəd bağlamada 990 ədəd “Metadon” psixotrop həb, 655 qram marixuanaya və 505 qram prekursora bənzər maddə aşkar edilərək götürülüb. Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Azvision.az


Teqlər: DSX   Metadon  





Xəbər lenti