Dənizdə 2 nəfər köməksiz qaldı - "Zəfər" gəmisi göndərildi

 Dənizdə 2 nəfər köməksiz qaldı -  "Zəfər" gəmisi göndərildi
  23 Noyabr 2018    Oxunub:4843
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən 20 km dənizin içinə doğru) 2 nəfərin taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən dərhal Nazirliyin aidiyyəti strukturları və digər dövlət qurumları məlumatlandırılıb. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub. Dövlət Dəniz Administrasiyasından verilən məlumata əsasən, "Zəfər" gəmisi də qayığın olduğu əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti