Bakıda 25 yaşlı oğlan hündürlükdən yıxılıb

 Bakıda 25 yaşlı oğlan hündürlükdən yıxılıb
  24 Noyabr 2018    Oxunub:5131
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda binanın fasadında təmir işləri zamanı 1 nəfərin hündürlükdən yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1993-cü il təvəllüdlü Yolçuyev Nemət İlqar oğlu 5-ci mərtəbədən yıxılaraq piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş taxta konstruksiyanın üzərinə düşüb və xəsarət alıb.

Xilasetmə tədbirləri nəticəsində N.Yolçuyev taxta konstruksiyadan düşürülüb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti