Gömrükdən narkotik keçirmək cəhdi

Gömrükdən narkotik keçirmək cəhdi
  24 Noyabr 2018    Oxunub:4581
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstan vətəndaşının idarə etdiyi "Toyota Tundra" markalı avtomobil saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az-a verilən məlumata görə, Gürcüstandan gələn nəqliyyat vasitəsinə rentgen baxışı zamanı avtomobildə olan çantalardan birində bıçaq müəyyən edilib. Bundan sonra çantalar yoxlanıb. Nəticədə digər çantada - siqaret qutusunun içində, ümumu çəkisi 8 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.



Azvision.az


Teqlər: Narkotik   Gömrük  





Xəbər lenti