Ödəmə terminalını oğurlayan 3 nəfər tapılıb

Ödəmə terminalını oğurlayan 3 nəfər tapılıb
  24 Noyabr 2018    Oxunub:4512
Abşeron rayonu ərazisindəki mağazaların birindən pul, tütün məmulatı və orada quraşdırılmış ödəmə terminalını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 17-də rayon ərazisindəki mağazaların birindən 180 manat pul və tütün məmulatı, habelə orada quraşdırılmış içərisində 1000 manat pul olan ödəmə terminalını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev, Tovuz rayon sakini Toğrul Pənahov və Göyçay rayon sakini Qalib Abdullayev saxlanılıblar.

Azvision.az


Teqlər: Abşeron   DİN  





Xəbər lenti