Qazaxda maşın, Qobustanda ev yanıb

Qazaxda maşın, Qobustanda ev yanıb
  25 Noyabr 2018    Oxunub:3535
Qazax rayonunda "VAZ" markalı minik avtomobilinin idarəetmə lövhəsi və salonu qismən yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər məlumata əsasən, Qobustan rayonunun Xilmilli kəndində ümumi sahəsi 100 m2 olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti