Neftçalada keçmiş polis müstəntiqi qətlə yetirilib

 Neftçalada keçmiş polis müstəntiqi qətlə yetirilib
  26 Noyabr 2018    Oxunub:5010
Ötən gün Neftçala rayonunda qətl hadisəsi baş verib.
Azvision.az Virtualaz.org-a istinadən xəbər verir ki, Neftçala şəhər sakini, 1956-cı ildə anadan olan Vaqif Kəlbiyev bıçaqlanaraq qətlə yetirilib.

Vaqif Kəlbiyev sovetlər dönəmində Rusiyanın DİN orqanlarında xidmət edib, SSRİ dağıldıqdan sonra isə doğulduğu Neftçala rayonuna dəyişilərək uzun illər Neftçala Rayon Polis Şöbəsində müstəntiq işləyib. O, 2011-ci ildə yaş həddinin tamam olması ilə əlaqədar pensiyaya çıxıb.

Qətlin namus üstündə, mərhumun həyətindəki hüquq yardımı ofisində bacanağı İbrahim İbrahimov tərəfindən törədildiyi deyilir.

Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Neftçala   Qətl  





Xəbər lenti