Bu gün “Azərsu”nun qaynar xətti işləməyəcək

Bu gün “Azərsu”nun qaynar xətti işləməyəcək
  26 Noyabr 2018    Oxunub:2040
“Azərsu” ASC-nin 955 Zəng Mərkəzinin proqram təminatında təkmilləşdirmə işlərinin aparılması ilə əlaqədar xidmətin fəaliyyəti müvəqqəti dayandırılıb.
ASC-dən Azvision.az-a verilən məlumata görə, gün ərzində proqram təminatında yenilənmə işlərinin başa çatdırılması və Zəng Mərkəzinin fəaliyyətinin bərpa olunması nəzərdə tutulur.

Qurum yaranmış narahatlıqla əlaqədar istehlakçılardan üzr istəyib.

Azvision.az


Teqlər: Azərsu  





Xəbər lenti