Saatlıda kriminal avtoriteti qardaşı oğlu öldürüb

  26 Noyabr 2018    Oxunub : 4026
Saatlıda kriminal avtoriteti qardaşı oğlu öldürüb
Saatlı rayonunda kriminal avtoritet Oktay Əkbərovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Azvision.az “Report”-a istinadən xəbər verir ki, bu, O.Əkbərovun qardaşı oğlu 22 yaşlı Saleh Əkbərovdur. S.Əkbərovdan hadisə zamanı istifadə etdiyi ov tüfəngi aşkar edilərək götürülüb. Fakt üzrə araşdırmalar davam etdirilir.

Xatırladaq ki, dünən rayonun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan 1967-ci il təvəllüdlü Əkbərov Oktay Saleh oğlunun başında 2 güllə yarası olan meyiti ona məxsus BMW markalı avtomobildə aşkar edilib.

Azvision.az

Teqlər: Saatlı   Qətl