Piyadanı vurub qaçan sürücü tapılıb

Piyadanı vurub qaçan sürücü tapılıb
  26 Noyabr 2018    Oxunub:4777
Bərdə rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən xəbərə görə, Bərdə rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 24-də Nərgiz Həsənovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “OKA” markalı avtomobilin sürücüsü, Ağdam rayon sakini Yusif Şükürov saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Piyada  





Xəbər lenti