Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli kafenin (hazırda fəaliyyət göstərmir) mətbəxinin, dəhlizinin yanar konstruksiyalar və ondulindən ibarət dam örtüyü 30 m2 sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, kafenin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.