Köməksiz qalan balıqçılar xilas edildi - Yenilənib

Köməksiz qalan balıqçılar xilas edildi  -  Yenilənib
  27 Noyabr 2018    Oxunub:6184
Qobustan qəsəbəsi yaxınlığında dənizdə (təxminən 3 km dənizin içinə doğru) taxta qayıqda köməksiz vəziyyətdə qalmış 2 nəfər balıqçı xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az-a verilən məlumata görə, balıqçıların olduğu qayıq müvafiq xilasetmə qüvvələri tərəfindən yedəyə alınaraq sahilə gətirilib.

***
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dənizdə (təxminən 3 km dənizin içinə doğru) 2 nəfərin (balıqçı) taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Azvision.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub. Eyni zamanda, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Dəniz  





Xəbər lenti