Bərdədə kütləvi dava olub: 4 nəfər bıçaqlanıb

 Bərdədə kütləvi dava olub:  4 nəfər bıçaqlanıb
  27 Noyabr 2018    Oxunub:5755
Bərdə rayonunda kütləvi dava baş verib.
Hadisə rayonun Lək kəndi yaxınlığındakı meşədə qeydə alınıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından "Report"un yerli bürosuna verilən məlumata görə, Qaradəmirçi kənd sakinləri Nurlan, Sərxan və Orxan Əlikram oğlu Ramazanov qardaşları və onların yaxın dostu Elnur Dəmir oğlu Qurbanov kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların ikisi Reanimasiya, digər ikisi isə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Bərdə rayon Polis şöbəsində əməliyyat qrupu yaradılıb, hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: Bərdə   Dava  





Xəbər lenti