Nazirlik sahikarı prokurorluğa verdi

Nazirlik sahikarı prokurorluğa verdi
  28 Noyabr 2018    Oxunub:3327
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Göyçay şəhərində keçirilən reyd zamanı Ənvər Məmmədxanlı küçəsində fəaliyyət göstərən yeşik hazırlanan sexdə 52 m3 həcmində müxtəlif cinsli meşə materialı aşkar edilib.
Nazirliyin Mətbuat xidmətindən Azvision.az-a verilən xəbərə görə, faktla bağlı sexin sahibi Göyçay şəhər sakini Fəqan Vəliyev barəsində akt tərtib edilib və ona meşə fonduna dəyən 6652 manat məbləğində ziyan tətbiq olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Azvision.az


Teqlər: ETSN   Meşə  





Xəbər lenti