9 ildə Naxçıvan əhalisinin sayı 53 min nəfər artıb

 9 ildə Naxçıvan əhalisinin sayı 53 min nəfər artıb
  29 Noyabr 2018    Oxunub:3273
Azərbaycan Respublikasında əhalinin siyahıya alınması Birləşmiş Millətlər Təşkilatının tövsiyələrinə uyğun olaraq hər 10 ildən bir keçirilir. Ölkəmizdə əhalinin birinci milli siyahıya alınması 1999-cu, ikincisi isə 2009-cu ildə keçirilib.
Azvision.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikasında 1999-cu ildə keçirilmiş siyahıyaalmada əhalinin sayı 354 min 72 nəfər, 2009-cu ildə isə bu göstərici 398 min 323 nəfər olub. 2009-cu ildə keçirilmişsiyahıyaalmada əhalinin 198 min 267 nəfərini və ya 49,8 faizini kişilər, 200 min 56 nəfərini və ya 50,2 faizini qadınlar təşkil edib.

Əhalinin 115 min 488 nəfəri və ya 29 faizi şəhər yerlərində, 282 min 835 nəfəri və ya 71 faizi kənd yerlərində məskunlaşıb. Son illər əhali artımında müsbət miqrasiya ilə yanaşı, yeni doğulanların sayı əsas rol oynayıb, muxtar respublika əhalisinin sayı 1 noyabr 2018-ci il tarixə 455 min 592 nəfər olub.

Müqayisə üçün qeyd edək ki, birinci və ikinci siyahıyaalma dövrlərində əhalinin sayı 44 min nəfər artdığı halda, son 9 ilə yaxın - yəni 2010-cu ildən cari ilin noyabr ayının əvvəlinə olan dövrdə əhalinin sayı 53 min nəfər artıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Əhali   Siyahıyaalma  





Xəbər lenti