Heroin satan keçmiş məhkum saxlanıldı

Heroin satan keçmiş məhkum saxlanıldı
  29 Noyabr 2018    Oxunub:3108
Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər 13 qrama yaxın heroini könüllü olaraq polis əmakdaşlarına təqdim edib.
​DİN Mətbuat Xidmətindən Azvision.az-a verilən məlumata görə, aparılan araşdırmalarla həmin narkotik vasitəni satan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

​Keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir Mirzəyev Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. ​Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti