İki ev və oyun zalından oğurluq edənlər saxlanıldı

İki ev və oyun zalından oğurluq edənlər saxlanıldı
  29 Noyabr 2018    Oxunub:3364
Məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
DİN Mətbuat Xidmətindən Azvision.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 27-nə keçən gecə Sarıcalar kəndi ərazisindəki oyun zallarının birindən 4 ədəd televizor, 10 ədəd oyun pultu və digər aksesuarlar oğurlamaqda şübhəli bilinən kənd sakini Mehman Nuriyev saxlanılıb.

Daha 2 televizor oğurluqları Mingəçevir ŞPŞ və Yevlax RPŞ-nin əməkdaşları tərəfindən açılıb. Həmin şəhərlərdəki 2 evdən televizorları oğurlamaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Mingəçevir şəhər sakini Sahil Hüseynli və Yevlax şəhər sakini Rizvan Abbasov saxlanılıblar. Hər üç faktla bağlı müvafiq araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti