Bakıda “Hyundai” 3 piyadanı vurub, ölən var

Bakıda “Hyundai” 3 piyadanı vurub,  ölən var
  29 Noyabr 2018    Oxunub:4373
Noyabrın 28-də saat 6 radələrində Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Natiq Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Qəbələ rayon sakini Tərxan Bayramlını, paytaxt sakinləri Nahid Bəndəliyevi və Nicat Rəsulovu vurub.
DİN-dən Azvision.az-a verilən məlumata görə, nəticədə N.Bəndəliyev hadisə yerində ölüb, xəsarət almış digər iki piyada xəstəxanaya yerləşdiriliblər. Səbail RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  



Xəbər lenti