İtkin düşən 11 yaşlı uşaq tapıldı

İtkin düşən 11 yaşlı uşaq tapıldı
  29 Noyabr 2018    Oxunub:5234
Noyabrın 28 -də Quba Rayon Polis Şöbəsinə müraciət edən Xaçmaz rayonu Qobuqıraq kənd sakini 11 yaşlı uşağının itməsi barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az-a verilən məlumata görə, dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb. Keçirilmiş axtarış tədbirləri nəticəsində 11 yaşlı oğlan uşağı rayonun Zərdabi qəsəbəsi ərazisində tapılaraq RPŞ-yə gətirilib. Polis əməkdaşları tərəfindən oğlanın ailəsi ilə əlaqə saxlanılaraq, polis şöbəsinə dəvət olunublar və övladları M.Y. tam sağlam olaraq ailəsinə təhvil verilib.

Uşağın valideynləri övladlarının tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və axşam saatlarında göstərdikləri əvəzolunmaz köməyə görə DİN və Quba RPŞ rəhbərliyinə və şəxsi heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti