Tərtərdəki partlayışda 5 nəfər xəsarət alıb

 Tərtərdəki partlayışda 5 nəfər xəsarət alıb
  29 Noyabr 2018    Oxunub:4594
Tərtər rayonunun Qaradağlı kəndində “PAT OİL” yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobildən tutumu 60 ton olan yeraltı yanacaq çəninə benzin yanacağı doldurularkən çənin üst qapağında partlayış nəticəsində alışma baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, nəticədə çənin üst hissəsi, üzərində quraşdırılmış, ümumi sahəsi 120 m² olan talvar və 15 p.m elektrik kabeli yanmışdır. Hadisə zamanı yanacaqdoldurma məntəqəsində işləyən 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yanacaqdoldurma məntəqəsinin ərazisində olan yanacaqla dolu yeraltı çənlər və digər avadanlıqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddət ərzində söndürülüb.

Azvision.az




Teqlər: FHN  





Xəbər lenti