Oğurluq edən Mədətov saxlanılıb

Oğurluq edən Mədətov saxlanılıb
  29 Noyabr 2018    Oxunub:4574
Qusar rayonu Köhnəxudat kənd sakini Orxan Gülməmmədov noyabrın 27-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən 350 manat pulunun oğurlandığı barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az-a bildirilib ki, məlumatla əlaqədar Qusar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Xürel kənd sakini İsmayıl Mədətov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini edərək, evə qanunsuz daxil olaraq oradan 350 manat pul oğurladığını, əldə etdiyi pulları isə rayon ərazisində xərclədiyini bildirib. Faktla bağlı Qusar RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Azvision.az


Teqlər: Qusar   Oğurluq  





Xəbər lenti