Canavarın hücum etdiyi Astara sakinləri - VİDEO+FOTOLAR

Canavarın hücum etdiyi Astara sakinləri -  VİDEO+FOTOLAR
  29 Noyabr 2018    Oxunub:12542
Xəbər verdiyimiz kimi, Astara rayonunun Şuvi və Zəngüləş kəndinə canavar hücum çəkib.

Azvision.az xəbər verir ki, gecə saatlarında baş verən hadisə zamanı şəxsi təsərrüfatını, mal-qarasını qorumağa cəhd edən 7 nəfər kənd sakini canavarın hücumuna məruz qalıb.
Xəsarət alanların hər biri Astara Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Canavar dişləməsi diaqnozu qoyulan xəstələrə dərhal zərdablar vurulub, cərrahi müdaxilə ilə yaraları təmizlənib. Hazırda vəziyyətləri qənaətbəxşdir. Xəstəxanaya daxil olan Zəngüləş kənd sakini 1978-ci il təvəllüdlü Əsgərov Tofiq Qəribxan oğlu onu dişləyən canavarı öldürməyə nail olub. Canavar dişləyən sakinlər arasında azyaşlı Əsgərova Lalə Roma qızı da var.



Tanınmış müəllim Həbib Əlizadə sosial şəbəkədəki hesabında canavarın hücumuna məruz qalan sakinlərin görüntülərini paylaşıb.

"Bu gün səhər saat 8 civarında kəndimizə - Astaranın Şüvi kəndinə canavar hücum etdi. İki azyaşlı olmaqla 4 nəfərə xəsarət yetirib. Xəstələrdən biri 9-cu sinif şagirdi, dayıoğlum Rafiqdir. Hazırda xəstəxanadayıq. Kəndimizdə ilk dəfədir ki, belə hadisə yaşanır. Canavar Lənkərandan Astaraya doğru hücum edib, qarşısına çıxanı yaralayıb, quduz olduğu deyilir. Əlavə olaraq qonşu Züngüləşdə də 3 nəfəri yaraladığı deyilir", - deyə H.Əlizadə yazıb.







Azvision.az


Teqlər: Astara  





Xəbər lenti