Kürdəmirdə evdə partlayış olub - Ölən var

 Kürdəmirdə evdə partlayış olub -  Ölən var
  30 Noyabr 2018    Oxunub:5449
Kürdəmir rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, nəticədə evin 1 otağında 1 ədəd çarpayı və kondisioner yanıb, otaqların qapı və pəncərə çərçivələri dağılıb.

Hadisə yerinin kəşfiyyatı zamanı ev sahibi, 1966-cı il təvəllüdlü Rəhimova Bəyim Əlirza qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti