Gəncə sakini həmyerlisini güllələyib

Gəncə sakini həmyerlisini güllələyib
  30 Noyabr 2018    Oxunub:4351
Noyabrın 30-da saat 1 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Arif Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elmar Əlizadəyə xəsarət yetirib.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənov saxlanılıb. Cinayət törədilərkən istifadə etdiyi “TOZ-16” markalı ov tüfəngi ondan götürülüb.

Azvision.az



Teqlər: DİN   Tüfəng  





Xəbər lenti