Bakıda bir gündə iki qanlı cinayət

Bakıda bir gündə iki qanlı cinayət
  30 Noyabr 2018    Oxunub:4469
Noyabrın 29-da saat 5 radələrində Nəsimi rayonu ərazisindən Ağcabədi rayon sakini Nüsrət Aslanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
DİN-dən Azvision.az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Nemət Alcanov saxlanılıb.

Eyni zamanda Bakı ŞBPİ və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da münaqişə zəminində paytaxt sakini Fərid Həsənliyə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Şüvəlan qəsəbə sakini Əlibəy Quliyev saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti