Maşınla vurulan azyaşlı xəstəxanada öldü

Maşınla vurulan azyaşlı xəstəxanada öldü
  30 Noyabr 2018    Oxunub:5342
Noyabrın 29-da saat 12 radələrində Zərdab şəhərinin ərazisində Böyük Dəkkə kənd sakini Vüsal Mehdiyev idarə etdiyi “VAZ-21064” markalı avtomobillə yolu keçən şəhər sakini, azyaşlı Turan Şəmmədovu vurub.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb. Zərdab RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti