Azyaşlılara siqaret satanlar cərimələnib
Reydlər nəticəsində Suraxanı rayonu ərazisində 4, Sabunçu rayonu ərazisində isə 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilmişdir. Həmin mağazaların 6 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokollar tərtib edilib, həmin şəxslər müvafiq qaydada cərimə olunublar. Bu istiqamətdə reydlər davam etdirilir.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


