Sumqayıtda oğurluq edən şəxs ələ keçdi

Sumqayıtda oğurluq edən şəxs ələ keçdi
  01 Dekabr 2018    Oxunub:4413
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Nəsibovanın içərisində 700 manat, 500 ABŞ dolları və sənədlər olan çantasını oğurlamaqda şübhəli bilinən şəhər sakini Zaur Rzayev saxlanılıb.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, ətrafında aparılan tədbirlərlə onun daha bir qadının içərisində 285 manat, 1 ədəd qızıl üzük, mobil telefon və sənəd olan çantasını və digər şəxsin mobil telefonunu oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti