Bakıya yağış, rayonlara qar yağacaq
Azərbaycanın rayonlarında sabah arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarında tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-4° isti təşkil edəcək.
Azvision.az