Maşından narkotik tapılıb

  01 Dekabr 2018    Oxunub : 3189
Maşından narkotik tapılıb
Nardaran qəsəbə sakininin idarə etdiyi avtomobildən 275 qr marixuana aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən xəbərə görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Miryasər Qasımovun idarə etdiyi “VAZ-2106” markalı avtomobildən 275 qram marixuana aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN   Narkotik