Keçmiş məhkum oğurluğa görə tutuldu

Keçmiş məhkum oğurluğa görə tutuldu
  01 Dekabr 2018    Oxunub:4456
Kəpəz RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki ticarət köşklərinin birindən 50 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Rüstəmov saxlanılıb.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisində 4 avtomobildən akkumulyator, təkər və mobil telefon, 3 həyətyanı sahədən su sayğacı və su nasosu oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti