Ucar rayonunun Çiyni kəndində "Renault" və "VAZ" markalı iki minik avtomobili toqquşub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, nəticədə “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.