Mingəçevirdə piyadanı vuran sürücü qaçıb

Mingəçevirdə piyadanı vuran sürücü qaçıb
  03 Dekabr 2018    Oxunub:4169
Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az Report-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü şəhər sakini Bayramov Camal Çingiz oğlu axşam saatlarında yolu keçən zaman onu naməlum avtomobil vurub.

Sürücü hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb. Yoldan keçən şəxs yaralını xəstəxanaya aparıb. Orada tibbi yardım göstərilən yaralı xəsarəti yüngül olduğundan evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Piyada  





Xəbər lenti