Paytaxtda mağazaya basqın edilib

Paytaxtda mağazaya basqın edilib
  03 Dekabr 2018    Oxunub:4697
Bakıda soyğunçuluq hadisəsi baş verib.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il avqustun 15-də M.K.Atatürk prospektindəki köşklərdən birindəki satıcını bıçaqla hədələyib oradan 1200 manat və tütün məmulatı aparmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əkbərov saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Soyğunçuluq  





Xəbər lenti