Masallıda evdən külli miqdarda qızıl oğurlanıb

Masallıda evdən külli miqdarda qızıl oğurlanıb
  03 Dekabr 2018    Oxunub:5116
Masallı rayonunda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən xəbərə görə, Masallı rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da rayon ərazisindəki evlərin birindən 2000 manat, 400 ABŞ dolları və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yeddioymaq kənd sakini, əvvəllər məhkum olunmuş Sadiq Zeynalov saxlanılıb.

Onun noyabrın 6-da həmkəndlisi Hacıbala Qənbərov və şəhər sakini, əvvəllər məhkum olunmuş Əziz Hüseynovla birgə rayon ərazisindəki inzibati binaların birindəki seyfdən 1200 manat oğurlaması da müəyyən edilib. Davam etdirilən tədbirlərlə H.Qənbərov və Ə.Hüseynov da saxlanılıblar.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti