Gil daşınması ilə bağlı materiallar prokurorluğa göndərilib

Gil daşınması ilə bağlı materiallar prokurorluğa göndərilib
  03 Dekabr 2018    Oxunub:4825
Ekologiya və Təbii Sərvətlər Nazirliyin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı Abşeron rayonu Pirəkəşkül kəndinin Quldar adlanan qış-otlaq sahəsindən icazəsiz 2222 kubmetr həcmində gilin qazılaraq 99JP165, 99JL693, 99JL938, 99CV811 dövlət nömrə nişanlı yük maşınları ilə ərazidən daşındığı aşkar olunub.
Nazirliyin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, araşdırma zamanı gilin daşınmasına rəhbərlik edən şəxsin Abşeron rayon sakini Nəbi Vəlizadə olduğu müəyyən edilib. Faktla bağlı akt tərtib edilib və təbiətə 12 221 manat məbləğində ziyan dəydiyi məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Abşeron Rayon Prokurorluğuna göndərilib.

Azvision.az


Teqlər: ETSN   Gil  





Xəbər lenti