Sinoptiklərdən növbəti xəbərdarlıq

 Sinoptiklərdən növbəti xəbərdarlıq
  03 Dekabr 2018    Oxunub:6302
Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-də arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Dekabrın 5-i axşamdan 6-sı gündüzədək bəzi rayonlarda arabir yağış yağacağı proqnozlaşdırılır. Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı bildirilir.

Azvision.az



Teqlər: ETSN   Hava  





Xəbər lenti