İmişlidə 2 maşın toqquşub: Ölən var

İmişlidə 2 maşın toqquşub:  Ölən var
  03 Dekabr 2018    Oxunub:4553
Dekabrın 1-də saat 18 radələrində İmişli şəhəri P.Həsənov küçəsində şəhər sakinləri Elman Əliyevin idarə etdiyi “Hyundai” və Vüqar Quliyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilən V.Quliyev orada ölüb. İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti