Neftçalada ikimərtəbəli ev yanıb

Neftçalada ikimərtəbəli ev yanıb
  04 Dekabr 2018    Oxunub:3486
Neftçala rayonun Həsənabad qəsəbəsində ümumi sahəsi 220 m² olan ikimərtəbəli 7 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 1 otağın tavanı 16 m² sahədə və evə bitişik ümumi sahəsi 30 m² olan tikilinin (dülgər sexi kimi fəaliyyət göstərir) içərisində taxta materiallar və qapı 5 m² sahədə yanıb.
FHN-dən Azvision.az-a verilən məlumata görə, evin və tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti