Borca görə axtarışda olan 20 nəfər saxlanıldı

Borca görə axtarışda olan 20 nəfər saxlanıldı
  04 Dekabr 2018    Oxunub:3410
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 112 cinayət faktı qeydə alınmış, onların da 21-i “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Borc  





Xəbər lenti