Bakıda iki qadını soyan şəxslər ələ keçdi

Bakıda iki qadını soyan şəxslər ələ keçdi
  04 Dekabr 2018    Oxunub:4242
Xətai RPİ 34-cü PŞ və 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də və 24-də paytaxt sakini olan 2 qadının çantasından pul və sənəd oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Teymur Hüseynov və Kürdəmir rayon sakini Vasif Babayev saxlanılıblar.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, üzərinə şəxsi axtarış zamanı T.Hüseynovdan 0,159 qram və V.Babayevdən 0,172 qram heroin götürülüb.

Onların dekabrın 3-də 40 saylı xətt avtobusunda Bakı şəhər sakini olan bir nəfərin cibindən mobil telefon oğurlamaları da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN   Soğunçuluq  





Xəbər lenti