Bir gündə 2 piyadanı maşın vurub

Bir gündə 2 piyadanı maşın vurub
  04 Dekabr 2018    Oxunub:4146
Siyəzən rayonunda qadın piayadının ölümü ilə nəticələnən yo-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən xəbərə görə, dekabrın 3-də saat 22 radələrində Siyəzən rayonu ərazisində Şabran şəhər sakini Əhməd Sətdarov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 45-50 yaşlı qadını vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun şəxsiyyəti hələlik məlum deyil. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bundan başqa Bakıda dekabrın 3-də saat 21 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Namaz Namazov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta-ağırdır. Binəqədi rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Azvision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti