Teplovozdan 100 kq mis oğurlanıb

Teplovozdan 100 kq mis oğurlanıb
  04 Dekabr 2018    Oxunub:4218
Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən çeşidləmə stansiyasının parkından oğurluq olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən dekabrın 3-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən çeşidləmə stansiyasının parkında ehtiyatda saxlanılmış teplovozun mühərrikindən 100 kiloqram mis sökərək oğurlamaqda şübhəli bilinən şəhər sakini Novruz Novruzov saxlanılıb, onun həmin misi metal qəbulu məntəqəsinə təhvil verməsi müəyyən edilib.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti