Xırdalanda yanğın: 30 nəfər təxliyə olundu

 Xırdalanda yanğın:  30 nəfər təxliyə olundu
  05 Dekabr 2018    Oxunub:3787
Xırdalan şəhərində yanğın olub.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın çoxmərtəbəli yaşayış binasında baş verib.

Nəticədə binanın şaxtasında 10 p.m elektrik naqilləri yanıb. Yanğın zamanı 30 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti