Qəbələdə orta məktəb binası yanıb

Qəbələdə orta məktəb binası yanıb
  05 Dekabr 2018    Oxunub:3019
Qəbələdə yanğın qeydə alınıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, rayonun Vəndam qəsəbəsində ümumi sahəsi 245 kv.m olan birmərtəbəli orta məktəb binasının (hazırda fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın   Məktəb  





Xəbər lenti