Sürücü törətdiyi qəzada öldü

Sürücü törətdiyi qəzada öldü
  05 Dekabr 2018    Oxunub:3472
Neftçala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, dekabrın 4-də saat 18 radələrində Neftçala rayonunun Qaravəlli kəndi ərazisində şəhər sakini Vasif Qurbanov idarə etdiyi “VAZ-21214” markalı avtomobili qarşıda gedən Bankə qəsəbə sakini Bəğəli Şirinovun idarə etdiyi “T-28” markalı traktora, sonra isə Xıllı qəsəbə sakini Şahmar Ələkbərovun idarə etdiyi “Mitsubishi” markalı avtomobilə vurub.

Nəticədə V.Qurbanov hadisə yerində ölüb. Neftçala RPŞ tərəfindən araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti