Cibgirlik edən daha bir nəfər tutuldu

Cibgirlik edən daha bir nəfər tutuldu
  05 Dekabr 2018    Oxunub:4584
Oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də paytaxt sakini olan bir qadının cibindən içərisində 106 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və soyğunçuluğa görə məhkum olunmuş Rafiq Hüseynov saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti