Zurabişvilinin andiçməsi Telavidə keçiriləcək

Zurabişvilinin andiçməsi Telavidə keçiriləcək
  05 Dekabr 2018    Oxunub:4723
Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi Kaxeti bölgəsindəki Telavi şəhərində keçiriləcək.
Azvision.az gürcü mətbuatına istinadən xəbər verir ki, bunu Kaxeti bölgəsinin qubernatoru İrakli Kadaqişvili deyib. Onun sözlərinə görə, andiçmə mərasimi dekabrın 16-da “Batoni” qala sarayında baş tutacaq.

Qeyd edək ki, “Batoni” qalası 1762-1782-ci illərdə Gürcüstanın sonuncu çarı II İraklinin rezidensiyası olub.

Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti